Çoban Xanışın oğlu arvadını öldürüb - TƏFƏRRÜAT

Ötən gün axşam saatlarında, Lerik şəhərində ailə münaqişəsi zəmnində baş vermiş  qətlin  təəfərrüatlari məlum olub. APA TV-nin cənub büosunun məlumatına görə, Lerik şəhər sakini 40 yaşlı Nazim Xanış oğlu Şahıyev şəxsi münaqişə zəminində həyat yoldaşı, 39 yaşlı  Səkinə Şaban qızı Əliyevaya çoxsaylı bıçaq zərbəsi ilə qətlə yetirib. Mərhumun yaxınlarının verdiyi məlumata görə, onlar uzun illərdir, rəsmi şəkildə boşansalar da, bir evdə yaşayıblar.  Evə içkili gələn Nazim Şahıyev həyat yoldaşı ilə mübahisə etdikdən sonra Səkinə Əliyeva qonşuya qaçaraq, ondan uzaqlaşmağa çalışıb. Bu zaman evdən bıçaq götürən Nazim Şahıyev həyat yoldaşının arxasınca qaçaraq, yoldaca ona bıçaqla zərbələr endirib. Hadisə şahidlərinin szölərinə görə, arvadına 28 bıçaq zərbəsi endirən Nzzim Şahıyev daha sonra onun boğaz nahiyyəsini kəsib. Ən dəhşətli məqam isə qətlin azyaşlıların gözü qarşısında baş verməsi  olub.

Qeyd edək ki, saxlanılan Nazim Şahiyev məşhur çoban Xanış Şahiyevin oğludur. Qətli törətməkdə şübhəli bilinən Nazim Şahıyevin içki və narkotik alüdəçisi olduğu bildirilir.

Müəllif | Apa.Tv
Apa.tv