Göygöldə ağır qəza: 1 ölü, 6 yaralı

Göygol rayonunda 1 nəfərin ölümü ilə nəticələn ağır yol qəzası baş verib.  Hadisə Bakı-Qazax-Gürcüstan avtomagistralının Göygöl rayon ərazisindən keçən hissəsində qeydə alınıb.  

 

APA TV-nin xəbərinə görə, Gəncə şəhər sakini, 59 yaşlı İlyas Qurbanovun idarə etdiyi "VAZ 2109" markalı avtomobillə Eltun Hüseynovun idarə etdiyi “Hyundai” markalı avtomobill toqquşub. Qəza nəticəsində VAZ-ın sürücüsü və sərnişinləri Seymur Qurbanov, Rahilə Qurbanova, Pərvanə İsmayılova, Bəyxanım Mehdiyeva, o cümlədən iki azyaşlı - Aysu Qurbanova və İlyas Qurbanov ağır yaralanıblar. Xəsərat alanlar Göygöl Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. "VAZ 2109"uın sürücüsü İlyas Qurbanovun vəziyyəti ağır olduğundan o, Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına gətirilib. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Azər Məmmədli