Ziyafət Əsgərov: “Bu, böyük ədalətsizlikdir”

“Vaxtilə keçmiş SSRİ-də Bakı şəhərinə “Qəhrəman şəhər” statusunun verilməməsi böyük ədalətsizlik idi”.

APA TV-nin xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov deyib: “Müharibə dövründə SSRİ-ni 90 faiz neft və yanacaqla Bakı təmin edib. Ancaq elə şəhərlər var ki, onların Böyük Vətən Müharibəsinin uğurla başa çatmasında Bakı ilə müqayisədə çox az rolları olub. Bununla belə, onlara “Qəhrəman şəhər” statusu verilib".

Ziyafət Əsgərov bildirib ki, Böyük Vətən müharibəsində qələbənin əldə edilməsində Bakının çox böyük rolu olub. 

Müəllif | Apa.Tv