Spikerin I müavini : "Vətəndaşlığın əldə edilməsi, itirilməsi..."

“Ümumvətəndaş pasportu məsələsi Azərbaycan qanunvericiliyi ilə tənzimlənir, Dövlət Miqrasiya Xidməti də hazırda bu işlə məşğuldur”.

 

APA TV-nin xəbərinə görə, bunu keçmiş SSRİ, o cümlədən Azərbaycan vətəndaşlarına Rusiya pasportu almaq üçün sadələşdirilmiş qaydanın tətbiqi ilə bağlı yaranmış vəziyyətə münasibət bildirən Milli Məclis sədrinin birinci müavini, parlamentin Müdafiə və təhlükəsizlik komitəsinin sədri Ziyafət Əsgərov deyib: “Bu məsələ Azərbaycan Konstitusiyası və qanunlarına müvafiq olaraq, tənzimlənməlidir”.

 

Ziyafət  Əsgərov bildirib ki, vətəndaşlığın əldə edilməsi, itirilməsi prosedurları Azərbaycan Konstitusiyası və qanunvericiliyində aydın göstərilib.

Müəllif | Apa.Tv