Aeroportda 3,3 milyon dolları oğurlanan azərbaycanlının kimliyi məlum olub

Moskvanın Şeremetyevo aeroportunda 3,3 milyon ABŞ dolları oğurlanan Azərbaycan vətəndaşının kimliyi müəyyən olunub. Bu barədə APA TV-nin Moskva müxbirinə Rusiya hüquq-mühafizə orqanlarından məlumat verilib.

 

Məlumatda bildirilir ki, pulu oğurlanan şəxs 1972-ci il təvəllüdlü Abidinli Əli Zeynal oğludur.

 

Mayın 5-də 8:50-də Dubay-Moskva reysi ilə gələn Azərbaycan vətəndaşı Abidinli Əli Zeynal oğluna məxsus 3,3 milyon ABŞ dolları qarət olunub.

 

Hadisənin təfərrüatları barədə məlumat verən mənbə bildirib ki, Əli Abidinli özünə məxsus böyük məbləğdə pulu daşımaq üçün inkassator firması ilə anlaşıb. Lakin aeroportdan çıxan zaman inkassator avtomobilinin qarşısını OMON formasında olan şəxslər kəsib və 3,3 milyon dolları aparıblar.

 

Hazırda faktla bağlı araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı