I vitse-spiker: "Ceyms Uorlikin geri çağırılması..."

"Çox təəssüf edirəm ki, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə əlaqədar yaranan ATƏT-in Minsk qrupunun fəaliyyəti keçən 20 ildə heç bir nəticə vermədi".

 

APA TV-nin xəbərinə görə, bu sözləri Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərov səsləndirib: "Minsk qrupuna daxil olan ölkələrin səfirləri gəldilər, getdilər, müxtəlif bəyanatlar verdilər. Hətta elələri tapıldı ki, vaxtın "qızıl " olduğunu dedilər. Təəssüf edirəm ki, bunların Azərbaycan və Ermənistana gəlib-getmələri heç bir nəticə vermədi. Biz yenə o fikirdəyik ki, bu məsələni beynəlxalq hüquq prinsipləri çərçivəsində Azərbaycan güclü iqtisadiyyatı və güclü ordusu həll edəcək".

 

Amerikalı həmsədr Ceyms Uorlikin geri çağırılması təklifi ilə bağlı danışan vitse-spikerin sözlərinə görə, səfirin bəyanatları ən azından diplomatik etikaya uyğun deyil. O hesab edir ki, həmsədrin bu cür bəyanatlar verməsi prosesin indiki mərhələsində düzgün deyil.

 

Müəllif | Apa.Tv