Daş karxanalarında qanunsuzluq - işçilər təhlükə içində çalışır

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Bakının Qaradağ rayonu, Səngəçal qəsəbəsində yerləşən "NFT" MMC-yə və fərdi sahibkar Babayev Atabəy Mirbala oğluna məxsus daş karxanalarına reyd keçirib. APA TV-nin məlumatına görə, ilk olaraq "NFT" MMC-də yoxlama aparılıb.  Burda işçilərlə əmək müqaviləsinin bağlanılmadığı, avadanlıq və qurğuların işinin işçilərin sağlamlığı və həyatı üçün təhlükə törətdiyi, onların əməyin mühafizəsi üzrə norma və qaydalarda nəzərdə tutulmuş fərdi və kollektiv mühafizə vasitələri, xüsusi geyimlərlə təmin olunmadığı aşkar edilib.

Sinxron: İşçilər

Sizinlə Əmək müqaviləsi bağlanıb yox mən iki günlüyə gəlmişəm qayıdacam. Adam var onun yerinə gəlmişəm. Sənədsiz fəaliyyət göstərirsizdə. Bəli. İşə götürənin adı nədir sizdə? İşə götürən deyəndə ki, kənddən gətirirlər. Onun adını deyənmərəm yox. Hardan gəlmisən?  Nə vaxtır burda işləyirsən? 7 aydır. Sənəd yoxdur heç nə verməyiblər. Fiziki şəxs kimdir hüquqi şəxs kimdir ? Biz onu bilmirik. Nə qədər qazanırsız həftəyə 150 manat Fəaliyyətiniz nədən ibarətdir? daş atırıq maşına.
 

Sahə rəisi Şirbala Əhmədov isə bildirib ki, burada təhlükəli heç nə yoxdur və buna görə də fəhlələrə təhlükəsizlikləri üçün heç bir geyim verilmir.
 

Sinxron: Sahə rəisi Şirbala Əhmədov

Gəlin düçün mənən aşağı kaskanı qoyun başınıza düşək daş ataq 100 dənə daş atandan sora görək o kaska qalacaq başınızda. Əmək müqaviləsi var hə var mühasibatımdadır.

 

Aşkar olunan hüquq pozuntularına görə Azərbaycan Respublikasının  Əmək Məcəlləsinin 229-cu maddəsi rəhbər tutulmaqla daş karxanalarında daş kəsən maşınların fəaliyyəti qeyd olunan nöqsanlar aradan qaldırılanadək dayandırılıb.

 

Sinxron:Xalid Ağayev Dvlət Əmək müfəttişliyi xismətinin nümayəndəsi

Bu mişar kəsən kombayının fırlanan hissələrinin üzəri açıq olduğu üçün bunun istifadəsi təhlükəlidir. Qeyd etdiyimiz məsələlər aradan qaldırılana qədər bu avadanlığın istismarına qadağa qoyulur tərəfimizdən.

St-up

 

Karyerdə ən bərbad yer buradır çünki bütün avadanlıqlara gedən naqillərin üzəri açıqdır bu isə işçilərin fəhlələrin hər an ölümü ilə nəticələnə bilər.

 

Əmək Müqaviləsi bağlanmadan işçilərin işə cəlb edilməsi və əməyin mühafizəsi qaydalarının pozulması barədə Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən müvafiq göstərişlər verilib və protokol tərtib edilib.

 

Sinxron: Tərlan Mürsəlov Dövlət Əmək Müfəttişliyinin rəsmisi

İkinci obyektə Babayev Atabəyə məxsus obyektə isə əvvələr tərəfimizdən keçirilmiş yoxlama nəticəsində verilmiş göstərişin icra vəziyyəti yoxlanıldı. Qismən icra edilmişdir. Yeni göstərişlər verilərək bu proses yekunlaşdı. Birinci hüquqi şəxs haqqında isə əmək qanunvericilik qaydaları pozulduğu aşkarlandığına görə inzibati xətalar məcəlləsinə uyğun  olaraq barəsində inzibati tədbirlər həyata keçiriləcək. Həmin müəssilərə qarşı inzibati cərimələr tətbiq olunacaq. Əmək müqaviləsi olmadan işçilər aşkarlanarsa 2 min manatdan 25 min manatadək cərimə tətbiq olunacaq.

 

Yoxlamada Sənaye və İqtisadiyyat Nazirliyinin, Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının nümayəndələri də iştirak edib. 

Müəllif | Apa.Tv
Almaz Qasımova