İranın Azərbaycandakı səfiri “APA Holding”-də olub

İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin “APA Holding” MMC-də olub. “APA Holding”in prezidenti Vüsalə Mahirqızı ilə keçirilən görüşdə səfirliklə holdinqə daxil olan media qurumları arasında əməkdaşlığın səviyyəsindən məmnunluq ifadə olunub.

 

İki ölkə arasında münasibətlər, holdinqin İran səfirliyi ilə əməkdaşlığı, holdinqə daxil olan media qurumlarının İranın mətbuat orqanları ilə əməkdaşlığının müxtəlif istiqamətləri ətrafında da fikir mübadiləsi aparılıb, əlaqələrin daha da gücləndirilməsi üçün lazım addımların atılması barədə razılıq əldə edilib.

 

Görüşdə “APA Holding” MMC Direktorlar Şurasının sədri Nurşən Quliyev, İran səfirliyinin mətbuat xidmətinin rəhbəri Seyid Məhəmməd Ayətullahi, İranın İRNA dövlət agentliyinin Azərbaycandakı nümayəndəsi Mənsur Fəlsəfi də iştirak ediblər.

 

Müəllif | Apa.Tv