Türkiyə kubokunun sahibi "Qalatasaray" oldu

Türkiyə Kubokunun finalında "Qalatasaray" "Eskişehirspor"u 1:0 məğlub edərək, 9 illik kubok həsrətinə son qoyub.

 

Hər iki komanda oyuna ehtiyatlı başlayıb. Qarşılaşmanın ilk təhlükəli hücumu "Qalatasaray"dan gəlib. Sağ qanaddan başlayan hücumu Səbri təhlükəli zərbə ilə yekunlaşdırıb. Top müdafiəçilərə dəyərək meydandan çıxıb.

 

Get-gedə "Qalatasaray" oyuna nəzarəti ələ alıb. Rəqib qapısına təzyiqləri artıran "Qalatasaray" Burak Yılmazla qola yaxınlaşıb. Lakin Tellesin ötürməsindən sonra Burak Yılmaz topa toxuna bilməyib.

 

Qarşılmanın 34-cü dəqiqəsində atılan məşəllər üzündən oyunda fasilə yaranıb.

 

İlk hissə qolsuz bərabərliklə bitib.

 

İkinci hissədə "Eskişehirspor" qol vurmağa çox çalışsa da, sevinən "Qalatasaray" olub. 70-ci dəqiqədə hollandiyalı futbolsu Uesli Sneyder komandasını hesabda irəli çıxarıb. Sonrakı dəqiqələrdə "Eskişehirspor"un ardıcıl hücumları nəticə verməyib və "Qalatasaray" 1:0 hesablı qələbə ilə ölkə kubokunun qalibi olub.

 

 

APA TV-nin xəbərinə görə, "sarı-qırmızı"lı klub 15-ci dəfə Türkiyə kubokunu qazanıb.

 

Türkiyə Kubokunun finalı indiyədək 12 müxtəlif şəhərdə keçirilmişdi. Bu dəfə final oyununa ilk dəfə Konya ev sahibliyi edib. Qarşılaşma 1950-ci ildə istifadəyə verilən 21 min 968 yerli Atatürk stadionunda keçirilib.

 

Müəllif | Apa.Tv