Bakıda dəhşətli qəza: "Mercedes"in sürücüsü öldü

Yüksək sürət Bakıda daha bir ölümlü yol qəzasına səbəb olub. APA TV-nin məlumatına görə, hadisə Babək prospektində baş verib. Qəza nəticəsində bir nəfər dünyasını dəyişib.

 

Babək prospekti ilə yüksək sürətlə hərəkət edən "Mercedes" markalı avtomobil VAZ-21011 markalı maşına arxadan çırpılıb. Toqquşma çox güclü olub. Zərbənin gücündən "Mercedes" yol kənarındakı bardürlərə də dəyib və aşıb. Hadisə nəticəsində "Mercedes"in şəxsiyyəti hələ dəqiqləşdirilməmiş sürücüsü dünyasını dəyişib.

 

Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.

Müəllif | Apa.Tv