"London taksisi" qəzaya uğradı

Bakının Xətai rayonunda taksi qəzaya uğrayıb. APA TV-nin məlumatına görə, Abdullayev Zaur İsmayıl oğlunun idarə etdiyi TX4 markalı ("London taksisi") avtomobil Babək prospektində beton arakəsməyə çırpılıb.

 

Hadisə baş verən vaxt taksidə sərnişin olmayıb. Sürücü isə heç bir xəsarət almayıb. Lakin avtomobilə ciddi ziyan dəyib.

 

Sürücü Zaur Abdullayevin APA TV-yə verdiyi məlumata görə, hərəkətdə olarkən avtomobilin təkəri partlayıb. Nəticədə sürücü idarəetməni itirib və maşını arakəsməyə çırpıb.

 

Faktı Xətai Rayon Dövlət Yol Polisi Şöbəsi araşdırır.

Müəllif | Apa.Tv
Apa.tv