Ukraynanın “yol xəritəsi"

Ukrayna ölkə daxilində mövcud böhrandan çıxmaq üçün özünün “yol xəritə”sini hazırlayıb. Bunu ölkənin baş nazir vəzifəsini icra edən Arseniy Yasenyuk bəyan edib. Onun sözlərinə, Ukraynanın xarici işlər naziri vəzifəsini icra edən Andrey Deşiça böhrandan çıxış yolu üçün “yol xəritə”sini hazırlayıb və müvafiq ölkələrə təqdim edib: “Təqdim olunan “yol xəritə” si rəsmi Moskvanın irəli sürdüyü təkliflərdən fərqlidir. Bizim əsas məqsədimiz ölkə daxilində sabitliyin bərqərar olmasıdır. Əgər Rusiya diversiya qruplarını geri çağırsa və separatçıları maliyyələşdirməyi dayandırsa ölkənin şimal-şərqində durum dərhal stabilləşəcək ”.

 

Arseniy Yaçenyuk ATƏT-də onların irəli sürdüyü təklifin qəbul ediləcəyinə ümidvar olduğunu bildirib. Rusiya prezidenti Vladimir Putinin separatçılara referendumu təxirə salması ilə bağlı çağırışına gəlincə: “Onsuzda Ukraynada 11 mayda referendumun keçirilməsi nəzərdə tutulmamışdı”-deyə, o vurğulayıb.

 

Müəllif | Apa.Tv
Apa.tv