Uorlik Qarabağ münaqişəsinin həllinə dair 6 elementi açıqlayıb

"Dağlıq Qarabağın mürəkkəb tarixini nəzərə alınmaqla yekun status müəyyənləşdirilməlidir. Bu, müvəqqəti status olacaq".

 

APA TV-nin xəbərinə görə, bunu ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik Karneqi Fondunda Dağlıq Qarabağ münaqişəsinin həllinə dair çıxışında deyib. Sülh sazişinin tərkib hissəsi ola biləcək elementlərə toxunan diplomat bildirib ki, Bakının nəzarətində olmayan keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti ərazisinə elə bir müvəqqəti status verilməlidir ki, minimum təhlükəsizlik və özünüidarəyə zəmanət olsun.

 

Eyni zamanda Dağlıq Qarabağ ətrafındakı işğal edilmiş ərazilər Azərbaycanın nəzarətinə qaytarılmalıdır. Azərbaycanın suverenliyinə hörmət olunmadan orada heç bir məskunlaşma aparıla bilməz: "Ermənistanı Dağlıq Qarabağla birləşdirən dəhliz olmalıdır. Lakin dəhliz Laçın rayonunu bütünlüklə əhatə edə bilməz. Eyni zamanda qaçqın və məcburi köçkünlərin əvvəlki yaşayış yerlərinə qayıtmaq hüquqları tanınmalıdır ".

 

Diplomat bildirib ki, nizamlanmanın sülhyaratma əməliyyatı da daxil, beynəlxalq təhlükəsizlik təminatı olmalıdır. Bütün tərəflərin etimad etdiyi, yaxşı düşünülmüş sülhyaratma əməliyyatı olmadan sülhə təminat variantı yoxdur.

 

Müəllif | Apa.Tv