Zəlzələnin dağıtdığı binalar yenidən balacaların istifadəsində

Qax və Balakən rayonlarında körpələr evi-uşaq bağçaları istifadəyə verilib.  APA TV-nin  məlumatına görə, ölkənin şimal-qərb bölgəsində 2012-ci ilin mayında baş vermiş zəlzələ zamanı fərdi yaşayış evləri ilə yanaşı, bir çox sosial obyekt də ciddi zərər görüb. Qax rayonunda 6, Balakən rayonunda isə 4 körpələr evi-uşaq bağçası qəzalı vəziyyətə düşüb. Rayonun Qapıçay, Zərnə, İlisu və Qoroğan kəndlərində zəlzələ nəticəsində qəzalı vəziyyətə düşən körpələr evi-uşaq bağçalarında bərpa-gücləndirmə işləri yekunlaşaraq, balacaların ixtiyarına verilib. Daha bir körpələr evi-uşaq bağçası Balakən rayonunda istifadəyə verilib.  Qəzalı vəziyyətə düşmüş körpələr evi-uşaq bağçasının yerində  müasir standartlara cavab verən, bütün lazımi inventar və avadanlıqla təchiz edilən ikimərtəbəli körpələr evi-uşaq bağçası tikilərək ötən gün balacaların istifadəsinə verilib.

 

Müəllif | Apa.Tv
Vüqar Heydərov