Havanın temperaturu 32 dərəcəyə çatacaq

Yaxın iki gün ərzində Bakıda və Abşeron yarımadasında əsasən yağmursuz hava şəraiti üstünlük təşkil edəcək. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu 23-28 dərəcə isti təşkil edəcək.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin proqnozlar bürosunun qrup rəhbəri Fərqanə Həsənova APA TV-yə deyib ki, bölgələrdə və əksər rayonlarda əsasən, yağmursuz hava şəraiti üstünlük təşkil etsə də, dağlıq və dağətəyi rayonlarda qısa müddətli az yağış yağma ehtimalı var. Havanın temperaturu Mərkəzi Aran rayonlarında 27-32, dağlarda 20-25 dərəcə isti təşkil edəcək.

 

Qeyd edək ki, Bakıda və Abşeron yarımadasında iki gündür davam edən şimal küləyi mayın 8-də günün ikinci yarısında cənub küləyi ilə əvəz olunacaq.

 

Müəllif | Apa.Tv
Almaz Qasımova