Kürdəmir sakininin evindən xeyli silah-sursat və narkotik çıxdı

Kürdəmir rayon sakinindən silah-sursat və narkotik götürülüb. Rayon Polis Şöbəsindən APA TV-yə verilən məlumata görə, Kürdəmir şəhər sakini I qrup əlil 1973-cü il təvəllüdlü Zərbəliyev Elşən Rəcəb oğlu polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb. Onun evinə baxış keçirilərkən oradan İtaliya istehsalı olan “Volter” markalı tapança və 10 ədəd güllə, qoşalülə ov tüfəngi və çəkisi  60 qram olan qurudulmuş marixuana və iki selofan torbada tiryək aşkar edilərək götürülüb. Əvvəllər Rusiyada məhkum olunmuş Elşən Zərbəliyev tutularaq istintaqa təhvil verilib. Faktla bağlı Kürdəmir rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Elvin Yaqubov