Nazir: "Gənclərlə bağlı Dövlət proqramına hər il 20 milyon manat ayrılır"

"Azərbaycan gənclər siyasətinin həyata keçirilməsi məqsədilə dövlət büdcəsindən hər il 4 milyon manata yaxın vəsait ayrılır. Son 10 ildə bu rəqəm 40 milyon manat təşkil edib".

 

APA TV-nin xəbərinə görə, bunu gənclər və idman naziri Azad Rəhimov deyib. Nazir bildirib ki, "Azərbaycan Gəncliyi 2011 -2015" Dövlət proqramına hər il 20 milyon manat vəsait ayrılır. Hazırda gənclər təşkilatlarının sayı 250-ni keçib . 2003-cü ildən Gənclər və İdman Nazirliyi tərəfindən dəstəklənən layihələrin sayı 550-ni keçib. Bu məqsədlə dövlət büdcəsindən 13 milyon 247 min manat vəsait ayrılıb: "Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının və Gənclər Fondunun yaradılması ilə gənclər təşkilatlarının xarici donorlardan asılılığına son qoyulub və onlar üçün yeni imkanlar yaradılıb. 2003-2013-cü illərdə ilk dəfə olaraq, Azərbaycanın 5 təşkilatı Avropa Şurasında gənc aktiv vətəndaş mükafatına layiq görülüb".  

 

Gənclərlə İş üzrə İctimai Şuranın Heydər Əliyevin anadan olmasının 91 illilyi münasibətilə təşkil etdiyi tədbirdə PA-nın şöbə müdiri Əli Həsənov Azərbaycanda həyata keçirilən gənclər siyasətindən danışıb. O bildirb ki, bu siyasətin təməlində ümumilli lider Heydər Əliyev dayanır: "Heydər Əliyev gələcək nəsilləri düşünürdü. Bir siyasətçi olaraq, bir lider olaraq Heydər Əliyev növbəti seçkiləri yox, növbəti nəsilləri düşünürdü. Heydər Əliyevin siyasəti qısa effektli siyasətə hesablanmamışdı, millətin, dövlətin gələcəyinə hesablanmışdı".

 

Konfransda görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycanın ictimai siyasi həyatındakı fəaliyyətindən danışılıb, onun irsinin öyrənilməsinin həm ölkə daxilində, həm də beynəlxalq aləmdə xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb.

 

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı