Dağıstanda atışma: 3 silahlı öldürüldü

Dağıstanda polislə yaraqlılar arasında atışma olub. Hadisə Dağıstanın paytaxtı Mahaçqala şəhərində baş verib.  APA TV-nin xəbərinə görə,  polislər şübhəli avtomobili saxlamağa cəhd edib. Lakin avtomobilin içində olan şəxslər polislərə silahlı müqavimət göstəriblər. Daha sonra tərəflər arasında atışma baş verib. Nəticədə qanunsuz silahlı birləşmənin üç üzvü öldürülüb. Yoldan keçən yerli sakin isə sinəsindən güllə yarası alıb. O, dərhal xəstəxanaya yerləşdirilib. Yaralının vəziyyəti qeyri-kafidir.

 

Hazırda zərərsizləşdirilən şəxslərin şəxsiyyəti və hansı terrorçu qruplaşma ilə əlaqəli olub-olmadığı müəyyənləşdirilir.

Müəllif | Apa.Tv