Rusiyameylli "nazir" tutuldu

 

Ukraynanın hüquq mühafizə orqanlarının əməkdaşları qondarma "Donetsk Xalq Respublika"sının müdafiə naziri İqor Kakidzyanovu saxlayıblar. Ukrayna daxili işlər nazirinin müşaviri Anton Qreşenko jurnalistlərə açıqlamasında bildirib ki, İqor Kakidzyanov Manquş qəsəbəsi yaxınlığında “Azov” xüsusi təyinatlı milis dəstəsi olan avtobusa hücum edərkən yaxalanıb.

 

“Azov” dəstəsi Mariupol şəhərindən Berdyanska tərəf hərəkətdə olarkən onlara separatçılar hücum edib. Tərəflər arasında 1 saatdan çox atışma baş verib. Separatçılar əsasən xüsusi təyinatlıları pulemyot və avtomatlardan intensiv atəşə tutublar. Nəticədə avtobus sürücüsü yaralanıb.

 

Ukrayna xüsusi təyinatlıları isə iki nəfəri əsir götürüb. Onlardan biri “Donetsk Xalq Respublikası”nın müdafiə naziri İqor Kakidzyanovdur. Döyüşçülər əvvəl onun bütün paltarlarını soyundurublar. Daha sonra başına torba keçirərək nazirliyə təhvil veriblər. 

Müəllif | Apa.Tv
Apa.tv