“Eurovision” müsabiqəsinin final mərhələsinin püşkatması keçirilib

“B and V” arenada “Eurovision-2014” mahnı müsabiqəsinin ikinci yarımfinalında finala vəsiqə qazanmış 10 ölkə təmsilçilərinin mətbuat konfransı baş tutub. Ölkə təmsilçiləri öz təəssüratlarını mətbuat nümayəndələri ilə bölüşüblər. Hər bir təmsilçinin finalda hansı hissədə çıxış edəcəyi püşkatma ilə müəyyənləşib. Mayın 10-da keçiriləcək final konsertinin birinci hissəsində 2-ci yarımfinal qaliblərindən Polşa, Rumıniya, Norveç, Yunanıstan, Belarus, Avstriya təmsilçiləri çıxış edəcəklər. Şounun ikinci hissəsində isə İsveçrə, Sloveniya, Malta və Finlandiya təmsilçiləri yer alacaqlar.
 

Müəllif | Apa.Tv