Hələbdə otelə hücum: Əsədin 50 tərəfdarı öldürüldü

Suriyanın ikinci böyük şəhəri olan Hələbdə yerləşən "Carlton" otelinə hücum olub. APA TV-nin məlumatına görə, müxalifət qüvvələrinin təşkil etdiyi hücum nəticəsində Bəşər Əsədin 50 əsgəri həlak olub. Suriya İnsan Haqları Təşkilatının verdiyi məlumata görə, islamçı qruplaşmalar bu hücumdan sonra bölgəyə nəzarəti ələ keçiriblər.

Qeyd edək ki, müxalifət qüvvələri fevral ayında "Carlton" otelinə 300 metr uzunluğunda tunel qazaraq bombalı hücum etmişdilər.
 

Müəllif | Apa.Tv