Putin qələbə paradını Krımda qəbul edəcək

9 May - Qələbə günü münasibəti ilə Rusiya Federasiyasının prezidenti Vladimir Putin Sevastopola gedəcək. Moskvada qələbənin 59 illiyinə həsr olunmuş parad başa çatdıqdan sonra Vladimir Putin Krımda keçiriləcək paradı izləyəcək.

 
BBC-nin Ukrayna bürosunun xəbərinə görə, Rusiya prezidenti Krımın Belbek hərbi aerodromuna baş çəkəcək. O, Krım Hərbi Dəniz Qüvvələrinin və Rusiya Hərbi Hava Qüvvələrinin paradını izləyəcək.
 
Məlumatda o da bildirlir ki, 9 may ərəfəsində Rusiya Federasiyası ərazisindən Krıma 40 təyyarə və helikopter gətirilib.

 

 

Müəllif | Apa.Tv
Apa.tv