Qaxda yanğın: Bacı və qardaş ölümdən döndülər

Qax rayonunda baş verən yanğın iki nəfər xəsarət alıb. APA-TV-nin məlumatına görə,  yanğın C.Cabbarlı küçəsində, Qax şəhər sakini Adil Mikayılova məxsus yaşayış evində qeydə alınıb. Həyətdə tikilmiş ümumi sahəsi 88 kvadratmetr olan köməkçi tikili yanıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyi Qax rayon DövlətYanğından Mühafizə Xidmətinin texnikası və canlı qüvvəsi cəlb edilib. Yanğınsöndürənlər hadisə yerinə çatana kimi ev sahiblərinin və qonşuların səyi nəticəsində alovun  böyüməsinin qarşısı alınıb və yanğın məhdudlaşdırılıb. Yanğın zamanı evdə olan iki bacı və qardaş qol və ayaq nahiyələrindən yanıq xəsarətləri alıblar. Onlar qonşuların və yaxınların köməyi ilə evdən çıxarılıblar. Yanğın zamanı xəsarət alan 16 yaşlı Famil Hacımuradov və onun bacısı 17 yaşlı Müslümət Hacımuradova  dərhal Qax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. 1-ci və 2-ci dərəcəli yanıq xəsarətləri alan hər iki yaralının  xəsarətləri yüngül olduğundan ambulator müalicə üçün evə buraxılıblar. Faktla bağlı araşdırma aparılır. 

Müəllif | Apa.Tv
Apa.tv