"ƏL-QAİDƏ"nin lideri öldürüldü

Yəmənin hüquq mühafizə orqanları "Əl-Qaidə" terrorçu qruplaşmasının Yəmən qanadının başçısı Məhəmməd Səid əl-Şabvanini qətlə yetirib. Terrorçuların başçısı Sana ətrafında aparılan xüsusi əməliyyat zamanı zərərsizləşdirilib. Şabvani terrorçu qruplaşmanın ən qəddar liderlərindən biri hesab olunurdu. O, insan oğurlamaq, polis və xarici vətəndaşların qaçırılması, əsir düşən insanların qəddarcasına öldürülməsində günahkar bilinirdi və 2011-ci ildən axtarışa verilmişdi.

Şabvani eyni zamanda Fransa diplomatlarına hücumda şübhəli bilinirdi. Qeyd edək ki, Yəməndə Fransız diplomatlara qarşı təşkil edilən silahlı hücumda 1 nəfər ölüb, üç nəfər yaralanıb. Təhlükəsizlik güclərinin zəifliyi səbəbindən Yəməndə xarici vətəndaşlara olun hücumlara və onların qaçırılmasına tez-tez rast gəlinir.

 

Müəllif | Apa.Tv
Apa.tv