Qanunsuz parkinqlər hansı problemləri yardır?

Paytaxtın mərkəzi küçələrində avtomobillərin qanunsuz park edilməsi təmir tikinti işlərinin vaxtından əvvəl dayandırılmasına səbəb olub. "Azəryolservis" ASC-nin əməkdaşları tərəfindən Səməd Vurğun küçəsində  məhdudiyyət göstəricisi olan yol cizgiləri xətlərinin, piyada keçidlərinin və yol göstəricisi xətləri yenidən rənglənərkən avtomobillərin qanunsuz yerlərəd saxlanılması aparılan işlərə mane olub. Yol boyu 2 hərəkət xətti üzərində dayanan əksər avtomobillərin sürücülərinin onları ərazidə park edib getdikləri müşahidə edilib. Nəqliyyat Nazirliyinin “Azəryolservis” ASC-nin mətbuat katibi Pünhan Mürsəliyevin  APA TV-yə verdiyi məlumata görə, avtomobillərin qeyri-qanuni parklanmasını aradan qaldırmaq üçün əraziyə Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidmətinin əməkdaşları çağrılsa da mövcud problemi aradan qaldırmaq mümkün olmayıb. Pünhan Mürsəliyev onu da bildirib ki, 3 zolağın yükü 1 zolaqda cəmləşdiyi zaman yol konstruksiyası vaxtından əvvəl sıradan çıxır. Eyni zamanda bu cür qanunsuz parkinqlər ucbatından yollarda aylıq cari təmir işlərinin aparılması da mümkün deyil.

 

Müəllif | Apa.Tv