Elşad İskəndərov yenidən vəzifəyə təyin edildi

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sabiq sədri Elşad İskəndərov yenidən Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun (DƏ-İKGF) Baş katibi seçilib.

Forumun İstanbuldakı Baş Qərargahından Lent.az-a verilən məlumata görə, İslam Əməkdaşlıq Təşkilatına bağlı beynəlxalq qurum olan forumun idarə heyətinin bu barədə müvafiq qərarını qurumun prezidenti Əli Sarıkaya mayın 6-da imzalayıb.

Qərarda həmçinin Elşad İskəndərova forumun bu il keçiriləcək Baş Assambleyasının Təşkilat Komitəsinə başçılıq etmək də həvalə edilib. Fövqəladə və səlahiyyətli səfir diplomatik ranqında olan Elşad İskəndərov bu vəzifədə Azərbaycanı rəsmən təmsil edəcək.
 

Müəllif | Apa.Tv
Apa.tv