ABŞ Ukraynada prezident seçkilərinə nəzarət üçün 11 milyon dollar ayırıb

ABŞ höküməti bu ayın 25-də Ukraynada keçiriləcək prezident seçkilərinin azad və şəffaf keçirilməsinin təmin etmək üçün 11,4 milyon dollar ayırıb.

 

Ukrayna mətbuatının verdiyi xəbərə görə, bu barədə ABŞ höküməti xarici işlər nazirliyinin sözçüsünün müavini Mari Harf məlumat verib.

 

O, ayrılacaq maddi vəsaitin Ukraynaya prezident seçkilərinə nəzarət məqsədilə gedən avropalı 2555 müşahidəçinin uzunmüddətli şəkildə, 3330 müşahidəçinin isə qısa müddətli işinə dəstək olacağını deyib.

 

ABŞ rəsmisi Ukraynanın şərqində gərginliyin davam etməsinə baxmayaraq, mayın 25-də ölkədə prezident seçkilərinin keçirilməsinin mümkünlüyündən əmin olduğunu bəyan edib.

 

Xatırladaq ki, ABŞ höküməti ötən həftə Ukraynada KİV-lərinə daha 1.2 milyon dollar ayırıb.

Müəllif | Apa.Tv
Apa.tv