Moskvada 9 may münasibətilə hərbi parad keçirilib

"Rusiya Böyük Vətən müharibəsində milyonlarla qurban və qorxunc sınaq hesabına əldə olunmuş qələbə haqqında "müqəddəs həqiqəti" qoruyacaq və dünyada sülhü qoruyan qəhrəmanların unudulmasına yol verməyəcək."

"Ria-Novosti" agentliyinin verdiyi məlumata görə, bu fikirləri Rusiya Prezidenti Vladimir Putin Qızıl Meydanda keçirilən hərbi paradda çıxışı zamanı bildirib.

O vurğulayıb ki, qələbə ön və arxa cəbhənin, partizan dəstələrinin apardıqları qanlı mübarizə nəticəsində əldə edilib: "Leninqradın mühasirəsi zamanı minlərlə döyüşçünün göstərdiyi şücaət, Sevastopol müdafiəçilərinin qoçaqlığı, Moskva və Stalinqrad altında, Kursk qövsündə və Dneprdə gedən amansız döyüşlər ümumilikdə İkinci Dünya müharibəsinin taleyini müəyyən edib."

V.Putin deyib ki, sovet xalqının dəmir iradəsi, qoçaqlığı Avropanı köləlikdən xilas edib. Məhz bizim ölkəmiz nasistləri ölkələrinə qədər qovdu və nasist ordusunun tam dağılmasına nail oldu. Biz həmişə bu müqəddəs və sönməz həqiqəti qoruyacağıq, xəyanətləri və qəhrəmanları isə unudulmayacağıq.

Xatırladaq ki, Moskvanın Qızıl Meydanında Böyük Vətən müharibəsində əldə edilən qələbənin 69-cu ildönümünə həsr edilmiş qoşunların paradı keçirilib. Paradda 11 mindən çox hərbi qulluqçunun, 151 hərbi texnika, o cümlədən Rusiya Hərbi Hava Qüvvələrinin 69 təyyarəsi və vertolyotlarının keçidi baş tutub.

 

Müəllif | Apa.Tv
Apa.tv