Putin Krımda hərbi parad qəbul edəcək

Moskvada Qızıl meydanda faşizm üzərində qələbənin 69-ci ildönümü münasibətilə keçirilən parad başa çatdıqdan sonra Rusiya prezidenti Vladimir Putin Sevastopola gəlib.

 

Putinin Sevastopolda Qələbənin 69 illiyi və şəhərin faşistlərdən azad edilməsinin 70 illiyi münasibəti ilə keçiriləcək tədbirlərdə iştirak edib.
 

Dövlət başçısının mart ayında keçirilən referendumla Rusiyanın tərkibinə daxil olan Krıma səfəri rəsmi şəkildə elan edilməyib. Lakin ölkə rəhbərliyinin Krımda parad keçirmək planları bəzi Qərb ölkələrinin ciddi narazılığına səbəb olub. Putinin təyyarəsi "Belbek" hava limanına enib. Buradan o bayram tədbirlərinin keçirləcəyi Sevastopola yola düşüb. Dövlət başçısının mətbuat katibi Dmitri Peskov bildirib.
 

Sevastopolda keçiriləcək təntənəli mərasimlərə hərbi parad, Qara dəniz donanması gəmilərinin paradı və Hərbi Hava qüvvələrinin 70 təyyarəsinin uçuşu, rusiyalı admiral Dmitri Senyavinin abidəsinin açılışı daxildir.
 

Putinin paradda təbrik nitqi ilə çıxış edəcəyi, daha sonra isə veteranlarla birgə Naximov meydanında abidə önünüə əklil qoyacağı gözlənilir.

 

Müəllif | Apa.Tv
Apa.tv