Millət vəkilləri şou-biznes nümayəndələrinə məğlub oldu: 0-1

Millət vəkillərinin, incəsənət xadimlərinin, futbol veteranlarının və Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının əməkdaşlarının iştirakı ilə mini-futbol turniri keçirilib. Turnirdə 5 komanda iştirak edib. İlk oyunda millət vəkillərindən ibarət komandanın rəqibi şou-biznes nümayəndələri olub. Millət vəkillərinin komandasında Qüdrət Həsənquliyev, Fazil Mustafa, Siyavuş Novruzov, Fuad Muradov, Ülvi Quliyev, Adil Əliyev və Ziyafət Əsgərov təmsil olunublar.

Gərgin keçən oyunda millət vəkilləri iki dəfə 6 metrlik cərimə zərbəsindən yararlana bilməyiblər. Hesab ikinci hissədə açılıb. İncəsənət xadimlərinin komandası hesabda irəli çıxıblar. Hesab oyunun sonuna qədər hesab dəyişməyib. Millət vəkillərindən ibarət komandanın kapitanı Siyavuş Novruzov oyundan sonra qələbə qazanmaq üçün imkanlarının olmasına baxmayaraq, məğlub olduqlarını deyib. "Nə isə oyun alınmadı. Qapıya vurulan zərbələrin əksəriyyəti ya qaytarıldı, ya da dirəyə dəydi. Nəticə etibarı ilə belə alındı".

Komandanın hücumçusu Qüdrət Həsənquliyev məğlub olmağın səbəbini uzun müddət idmanla məşğul olmamaqda görür. "Fiziki hazırlıq aşağı səviyyədə idi. Həm də adam uzun müddət oynamayanda müəyyən vərdişləri itirir. Əsas odur ki, biz sona qədər mübarizə apardıq".

Qeyd edək ki, Olimpiya Yığma Komandalarının Təlim-Məşq Bazasında keçirilən mini-turnir Heydər Əliyevin anada olmasının 91-ci ildönümünə həsr olunub.

 

Müəllif | Apa.Tv