Misirdə qanlı cümə: onlarla yaralı

Ötən gün Misirdə cümə namazından sonra dövlət çevrilişi əleyhinə aksiyalar keçirilib. Polis aksiyalara sərt müdaxilə edib. Paytaxt Qahirə başda olmaqla bir çox şəhərlərdə keçirilən etiraz aksiyalarının dağıdılması üçün polis gözyaşardıcı qaz və rezin güllələrdən istifadə edib.

 

Əzhər Universitetinin Qahirədəki tələbə yataqxanasında aksiya keçirən tələbələr bundan əvvəlki etiraz aksiyası ilə əlaqədar universitetdən qovulan və həbs edilən tələbələrin azad edilməsi və imtahanlara buraxılmasını tələb ediblər. Polis aksiyanı dağırıb, 5 tələbə həbs edilib.

 

Qahirədəki Səlam məscidindən başlayan aksiyaya da polisin müdaxiləsi gecikməyib. Aksiya iştirakçılarını məhələlələrə dağıdan təhlükəsizlik qüvvələri həbslər həyata keçiriblər.

 

İsgəndəriyyə şəhərinin üç müxtəlif yerində keçirilən aksiyalar da polis tərəfindən dağıdılıb. Toqquşmalar zamanı çoxlu sayda adamın yaralandığı bildirilir.

Müəllif | Apa.Tv
Apa.tv