Yol kənarında oynayan 14 yaşlı oğlan faciəli şəkildə öldü

Dünən axşam saatlarında Xaçmaz rayonu ərazisində, Qusar-Xudat yolunun 2-ci kilometrliyində ağır yol-nəqliyyat hadisəsi baş verib. Rayonun Köhnə Xudat kəndi ərazisində hərəkətdə olan, 24 yaşlı Balakişiyev Baladadaş Ağagül oğlunun idarə etdiyi “Opel Astra” markalı avtomobil yolun kənarında oynayan 14 yaşlı Tarverdiyev Tehran Rasim oğlunu vurub. Daha sonra idarəetməni itirən avtomobil yolun kənarındakı həyətyanı sahəyə girib.

Piyada aldığı bədən xəsarətlərindən hadisə yerində keçinib.

 

Xaçmaz MRX-dan APA TV-yə verilən məlumata görə onun meyiti tibbi ekspertizadan keçirilməsi üçün Xaçmaz rayon morquna gətirilib. Hadisə baş verən zaman mərhumun qardaşı Tamerlan Tarverdiyev də onun yanında olub.

 

Hadisənin yüksək sürət səbəbindən baş verdiyi bildirilir.

Müəllif | Apa.Tv
Vəli Turan