ABŞ-dan Putinin Krıma səfərinə sərt reaksiya

ABŞ Dövlət Departamenti Rusiya prezidenti Vladimir Putinin Krıma səfərini yersiz və təxribatçı adlandırıb. Departamentinin mətbuat katibi Cen Psaki bəyan edib ki, Krım Ukraynaya məxsusdur və ABŞ Rusiyanın addımlarını qanunsuz və qeyri-legitim sayır.

 

NATO-nun baş katibi Andres Foq Rasmussen isə Rusiyanın Ukrayna ilə bağlı addımlarını "sərhədləri aşan, məsuliyyətsiz və qeyri-legitim" adlandırıb. O, Tallin Universitetindəki çızışında beynəlxalq hüququn Krımı Ukraynanın bir parçası hesab etdiyini bildirib. NATO baş katibinin sözlərinə görə, Rusiya Avropada və Avroatlantik məkanda qeyri-müəyyənlik, qeyri-sabitlik yaradıb.

 

Qeyd edək ki, mayın 9-u Vladimir Putin Sevastopola səfər edib və İkinci dünya müharibəsindəki qələbənin 69-cu ildönümünə həsr olunmuş parada baxıb. Daha sonra Rusiya prezidenti təbrik çıxışı edib.

 

Vladimir Putinin Krıma səfərini Avropa Birliyi də pisləyib. Ukrayna XİN isə Vladimir Putinin bu ölkənin ərazisinə səfərinə etiraz edib.

 

Müəllif | Apa.Tv
Apa.tv