Qırmızı Xaç Beynəlxalq Təşkilatının ofisinə hücum edilib, 7 nəfər girov götürülüb

Mayın 9-da naməlum şəxslər Donetskdə “Qırmızı Xaç” beynəlxalq təşkilatının ofisinə hücum edərək 7 nəfəri girov götürüb.


Onların hamısı kişidir, ofisdə olan qadınlar sərbəst buraxılıb.

 

Oğurlananlardan üç nəfər yerli sakin, daha üçü təşkilatın Kiyev könüllüsü və biri Fransa vətəndaşıdır. "Qırmızı Xaç"ın əməkdaşları dərman və tibbi ləvazimat çatdırmaq üçün təşkilatın Donetsk ofisinə gəlibmiş.

 

Girovların separatçıların ələ keçirdikləri Donetsk vilayətinin dövlət administrasiyası binasında saxlandıqları bildirilir. 

 

Bu arada Ukrayna Milli Qvardiyası Donetskdə silahlıların Ukrayna hərbçilərinin yerləşdiyi sanatoriya kompleksinə hücum etməsi barədə məlumatı  təkzib edib. Qurumun saytında yerləşdirilən məlumata görə, həmin ərazidə hərbçilər ümumiyyətlə yerləşdirilməyib. 

Müəllif | Apa.Tv
Apa.tv