Prezident İlham Əliyev Heydər Əliyevin məzarını ziyarət edib, Gül bayramına qatılıb

Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva, ailə üzvləri, Heydər Əliyevin doğmaları, yaxınları Fəxri xiyabanda onun məzarını ziyarət ediblər. Prezident İlham Əliyev Heydər Əliyevin məzarı önünə əklil qoyub. Sonra prezident İlham Əliyev və ailə üzvləri oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın, görkəmli dövlət xadimi Əziz Əliyevin və tanınmış həkim, alim Tamerlan Əliyevin məzarlarını ziyarət ediblər.

 

Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri Heydər Əliyevin anadan olmasının 91 illik yubileyi münasibətilə Bakıda, onun adını daşıyan sarayın qarşısındakı parkda təşkil edilən Gül bayramında iştirak ediblər.

Dövlət başçısı, xanımı və ailə üzvləri parka toplaşan uşaqlarla səmimi söhbət edib, xatirə şəkli çəkdiriblər.

Prezident İlham Əliyev Bakının müxtəlif ərazilərində yaradılacaq müvəqqəti avtomobil duracaqlarının sxemi ilə tanış olub. Bildirilib ki, Dövlət Yol Polisi və Bakı Şəhər İcra Hakimiyyətinin Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsinin birgə işi nəticəsində müəyyən olunan küçələrin sağ və sol hissələrində avtomobillər üçün bircərgəli dayanacaqlar yaradılacaq. Ödəniş etmək üçün dayanacaqlarda xüsusi bankomatlar quraşdırılacaq. Bu sistem şəhərdə tıxacların qarşısının alınmasına xidmət edəcək.

 

Müəllif | Apa.Tv
Apa.tv