Mariupol şəhər sovetliyinin binası yandırıldı

Donetsk vilayətindəki Mariupol şəhər sovetliyinin binasında yanğın baş verib.

 

Hadisə yerinə yanğınsöndürən və təcili yardım avtomobilləri cəlb edilib. Şahidlərin sözlərinə görə, yanğın binanın üst mərtəbəsindən başlayıb. Hadisə Mariuopolda silahlı terrorçuların Daxili İşlər Nazirliyinin binasını ələ keçirməyə cəhdi zamanı silahlı qarşıdurma nəticəsində baş verib və bina tamamilə yanıb. Daxili işlər naziri Arseni Avakov baş vermiş hadisə ilə bağlı açıqlama verib. O bildirib ki, qarşıdurma zamanı 20 silahlı öldürülüb. Daxili İşlər Nazirliyinin isə bir əməkdaşı dünyasını dəyişib.

 

Qeyd edək ki, atışma zamanı 4 silahlı tutulub. Silahlılar Daxili İşlər Nazirliyi İdarəsinin rəisi Valeriya Andraşukanı ələ keçiriblər. Donetsk Dövlət Vilayət İdarəçiliyindən isə 7 nəfərin öldüyü və 39 nəfərin yaralandığını bildirirlər. Hazırda şəhərdə vəziyyət gərgin olaraq qalır.  "Azov" xüsusi təyinatlıları Daxili İşlər Nazirliyi idarəsinə edilən hücumun qarşısını aldıqdan sonra şəhəri tərk ediblər. SEparatçılar isə əli silahlı şəhər küçələrində gəzməkdə davam edirlər. Yerli jurnalistlərin verdiyi məlumata görə, şəhərdə merin qaçması barədə şayiə yayılıb. Onun hazırda harada olduğu məlum deyil.

 

Müəllif | Apa.Tv
Apa.tv