DGK-də işə yeni qəbul olunanlar and içiblər

Bu gün Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) yeni işə qəbul olunan əməkdaşlarının andiçmə mərasimi keçirilib. APA TV-nin xəbərinə görə, tədbirdə çıxış edən DGK sədrinin 1-ci müavini, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev gömrük orqanlarına işə qəbulla bağlı andiçmə mərasiminin əlamətdar günə təsadüf etdiyini söyləyib.

 

Heydər Əliyevin həyat və fəaliyyətinə toxunan S. Mehdiyev onun bütün ömrünü Azərbaycan dövlətinin qurulması, qorunması və inkişafına sərf etdiyini bildirib. O, ölkədə gömrük xidmətinin formalaşmasında Heydər Əliyevin rolundan da danışıb.

 

Daha sonra komitədə təşkil olunan təntənəli mərasimdə 22 yeni əməkdaş gömrük orqanlarında xidmətə başlamaq üçün and içib.

 

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı