Silahlı Qüvvələrin şəxsi heyəti Bakıda nizami yürüş edib

Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə nizami yürüş keçirilib. APA TV-nin xəbərinə görə, Silahlı Qüvvələrin şəxsi heyətinin iştirakı ilə keçirilən nizami yürüş şəhərin müxtəlif istiqamətlərində 10 marşrut üzrə təşkil olunub.

Saat 12:00-da başlayan yürüş Azneft meydanından başlayaraq Dəniz vağzalına qədər davam edib.

 

Hərbi orkestrin ifa etdiyi təntənəli marşın sədaları altında şəhərin müxtəlif istiqamətlərindən keçən müdavimləri paytaxt sakinləri alqışlarla qarşılayıb.

 

Jalə

Müəllif | Apa.Tv