Paytaxta Fransadan 300 yeni avtobus gətiriləcək

"Bakı Şəhər İcra Hakimiyyətinin sifarişi ilə Bakıya Fransadan dünyanın ən müasir, gözəl avtobusları gətiriləcək. İlkin mərhələdə gətiriləcək avtobusların sayı 300 olacaq".

Bunu APA TV-yə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov deyib. Onun sözlərinə görə,  gələn ilin mayına qədər bu avtobusların şəhərin mərkəzi küçələrində xəttə buraxılması nəzərdə tutulur: "Bu avtobuslarda hər şey avtomat olacaq. Eyni zamanda bu avtobuslarda əlillər üçün yer nəzərdə tutulacaq. Qadınların rahat minib düşməsi üçündə xüsusi avadanlıq quraşdırılacaq. Demək olar ki, hazırda istifadə olunan avtobuslardan fərqli olaraq bu avtobuslarda pilləkənlər bir qədər aşağıda olacaq".

Bakı meri qeyd edib ki, Bakının hər yerində həmin avtobuslardan istifadə nəzərdə tutulur. Gedişhaqqı avtomat şəkildə ödəniləcək, pul birbaşa banka köçürüləcək.

Hacıbala Abutalıbov bildirib ki, Fransa prezidentinin mayın 11-12-də Azərbaycana baş tutacaq səfəri çərçivəsində bununla bağlı müqavilə imzalanacaq.

 

Müəllif | Apa.Tv