Bakıda yarım saatı 50 qəpik olan "park-manat"lar quraşdırılıb

"Bakıya tıxac probleminin aradan qaldırılması məqsədilə 7 terminal - “Park-manat" gətirilib".

APA TV-nin xəbərinə görə, bunu Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov deyib. Onun sözlərinə görə, artıq terminallardan 7-si quraşdırılıb. İlin sonuna kimi Bakıya daha 1000 terminal gətiriləcək, bununla da paytaxtda tıxac problemi aradan qaldırılacaq: "Heydər Əliyev Sarayının yanında xüsusi "park-manat" quraşdırılıb. Hansı ki, orada artıq qanunsuz avtomobil saxlamaq mümkün olmayacaq. Bu qurğular günəş enerjisi ilə işləyəcək. Artıq elektrik enerjisinə ehtiyac qalmayacaq. Yerləşdirilən "park-manat"lardan sürücülər 1 saatı 1 manatdan nəğd və ya eyni məbləği SMS vasitəsi ilə ödəyə bilərlər".

Bakı meri deyib ki, sürücülər parkmanatdan istifadə etmədiklərinə görə cərimələndikləri məbləği 1 saat ərzində ödəməzlərsə, onda cərimə iki qat artacaq: ""Park-manat”lar bir qədər kənar küçələrdə quraşdırılacaq. Orada xüsusi geyimli oğlan və qızlar xidmət edəcək. “Park-manat”lar pulla və kartla işləyəcək, yarım saatı 50 qəpik olacaq".   

Hacıbala Abutalıbov deyib ki, mərkəzi küçələrdə maşınların dayanmasına icazə verilməyəcək. Bununla bağlı xüsusi sərəncam da imzalayacaq. Yığılan pullar isə dövlət büdcəsinə ödənəcək.

 

Müəllif | Apa.Tv