Cəlilabadda 17 yaşlı oğlanı ilan sancıb

Cəlilabad rayonunda cari mövsümdə ikinci ilançalma faktı qeydə  alınıb. APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə rayonun Soltankənd kəndində baş verib. Kənd sakini, 17 yaşlı İbrahim Şaməddin oğlu Əzizov ot biçmək üçün atası ilə birlikdə otlaq sahəsinə gedib. Otluqlar arasında hərəkət edərkən nəyinsə onun ayağını sancdığını hiss edib.

Cəlilabad Mərkəzi Rayon Xəstəxanasında İbrahimə müvafiq tibbi yardım göstərilib, ilan zəhərinə qarşı zərdab vurulub.  Hazırda onun vəziyyəti qənaətbəxşdir.

3 gün əvvəl Cəlilabad rayonunda 18 yaşlı qızı ilan sancmışdı.

Müəllif | Apa.Tv