Azərbaycanda general vəfat edib

Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində istefada olan tibb xidməti general-mayoru Dağlar Məmməd oğlu Abdullayevlə vida mərasimi keçirilib.

 

APA TV-nin xəbərinə görə, mərhumla vida mərasimində Müdafiə Nazirliyi rəhbərliyi, Dağlar Abdullayevin ailə üzvləri və yaxınları iştirak edib. Müdafiə nazirini müavini Çingiz Məmmədov nekroloqu oxuyub. Nekroloqu Zakir Həsənov, Nəcməddin Sadıkov, Çingiz Məmmədov, Qorxmaz Qarayev, Ramiz Tahirov, Natiq Əliyev imzalayıb.

 

76 yaşında dünyasını dəyişən Dağlar Abdullayev  2-ci Şəhidlər xiyabanında torpağa tapşırılıb.

 

Dağlar Abdullayev 1938-ci ildə anadan olub, 1961-ci ildə Silahlı Qüvvələrə çağırılaraq, Cənub Qrupu Qoşunları komandanının sərəncamına göndərilib.

1965-ci ilədək Cənub Qoşun Qrupu qvardiya tank diviziyasında «həkim-stomotoloq» kimi xidmət edən Dağlar Abdullayev sonralar Zaqafqaziya Hərbi Dairəsi motoatıcı diviziyasında xidmətini davam etdirib.

 

1992-ci ildən Azərbaycan Respublikası Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağırılıb.  

2014-cü il mart ayının 7-də Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən istefaya buraxılıb.

 

Dağlar Abdullayevə 1994-cü ildə «tibb xidməti general-mayoru» ali hərbi rütbəsi verilib.

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı