Ukrayna tərəfdarları referendum keçirəcək
Ukraynanın şərqindəki Donetsk və Luqansk şəhərlərində , Rusiya tərəfdarları bu gün referendum keçirəcək. APA TV-nin məlumatına görə, keçiriləcək referendumda Donetsk və Luqansk sakinlərindən Ukraynın tərkibində qalmaq və ya ayrıca federasiya olaraq Rusiyaya birləşmək soruşulacaq.
Qondarma "Donetsk Respublikası" nın seçki komissiyası başçısı Roman Lyaqin referendum qərarını xalqın tələbinə əsasən verdiklərini söyləyib.
Rusiya tərəfdarları bildiriblər ki, onlar mayın 25-də keçiriləcək prezident seçkilərinə qatılmayacaqlar.