“Eurovision"un qalibi bəlli oldu
Danimarkanın paytaxtı Kopenhagenin “B and V” arenasında “Eurovision-2014” mahnı müsabiqəsinin final konserti keçirilib.
APA TV-nin məlumatına görə, final şousunda rəqqaslar müsabiqədə iştirak edən ölkələrin bayraqları ilə akrobatik hərəkətlər və maraqlı şou təqdim ediblər. Daha sonra müsabiqənin aparıcıları iştirakçı ölkələrin təmsilçilərini səhnəyə dəvət edib. Finalda birincilik uğrunda 26 ölkə təmsilçisi mübarizə aparıb. “Eurovision 2014” mahnı müsabiqəsinin birincisi Avstriya təmsilçisi Conçita Vurst olub. O, 290 xalla birincilik əldə edib. Saqqalı təmsilçi iştirakçı ölkələrin çoxundan 12 xal alıb. Azərbaycan təmsilçisi Dilarə Kazımova müsabiqədə sonuncu yerlərdə olub. Qeyd edək ki, Azərbaycan 12 xalını Rusiyaya, 10 xalını Ukraynaya, 8 xalını isə Macarıstana verib.