Müdafiə Nazirliyi cəbhə bölgəsində 4 hərbçinin şəhid olması xəbərini təkzib edib

“Azərbaycan Müdafiə Nazirliyi cəbhə bölgəsində 4 hərbçinin şəhid olması barədə xəbəri təkzib edib. Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı APA TV-yə bildirib ki, nazirlik bu xəbərlə bağlı geniş araşdırma aparıb: “Bu, Azərbaycan Ordusuna qarşı təxribatdır”.

 

Vaqif Dərgahlı xəbərlə bağlı geniş açıqlamaları olacağını da bildirib.  Respublika Hərbi Prokurorluğunun mətbuat xidmətindən isə APA-ya bildirlib ki, dünən və bu gün ərzində Silahlı Qüvvələrdə heç bir ölüm faktı qeydə alınmayıb: “Bu barədə yayılan məlumatlar yalan və əsassızdır”.

 

Qeyd edək ki, bəzi saytlar, sosial şəbəkələrə istinadən cəbhənin Tərtər rayonu istiqamətində 4 Azərbaycan hərbçisinin şəhid olması barədə məlumat yayıblar. 

 

Müəllif | Apa.Tv
Elvin Bayramlı