Ağır yol qəzası: 1 ölü, 5 yaralı

Şabran rayonu ərazisində ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Qəza, Bakı-Quba-Rusiya Federasiyası yolunun 134-cü km-də, Şabranın Gəndob kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. 22 yaşlı Bakı şəhər sakini Nəriman Hüseynovun idarə etdiyi “ Mersedes” markalı avtomaşın Bakı istiqamətində hərəkətdə olarkən əks istiqamətdə hərəkətdə olan 30 yaşlı Bakı şəhər sakini Taib Hacımuradovun idarə etdiyi “Nissan” markalı avtomaşınla toqquşub. Qəza nəticəsində “Mersedes”in sürücüsü hadisə yerində ölüb. “Mersedes”də olan sərnişin 23 yaşlı Şabran rayonu Gəndob kənd sakini Səməd Cəfərov, “Nissan”nın sürücüsü və  sərnişinləri Quba rayonu İsnovqışlaq kənd sakinləri 30 yaşlı Cəmil Həsənov, 33 yaşlı Emil Həsənov, 50 yaşlı Zülfiyyə Həsənova müxtəlif bədən xəsarətləri ilə Şabran Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onların vəziyyətinin orta ağır olduğu bildirilir.

 

Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsinin istintaq və təhqiqat bölməsində, cinayət məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

 

Müəllif | Apa.Tv
Vəli Turan