Nazir müavini qəzaya düşdü
Bakı şəhərinin Nizami rayonu ərazisində baş vermiş dəhşətli qəzada xəsarət alan şəxs Ekologiya və təbii sərvətlər nazirinin birinci müavini Firdovsi Əliyev olub. Hadisə mayın 10-na keçən gecə Heydər Əliyev prospektində baş verib. Qəza nəticəsində nazir müavini 53 yaşlı Firdovsi Əliyev ağır xəsarət alıb. Onun həyat yoldaşı Arifə Əliyeva da müxtəlif dərəcəli bədən xəsarətləri ilə Bakıdakı özəl klinikalardan birinə yerləşdiriliblər. Hadisə ilə bağlı başlanmış cinayət işinin istintaqını aparan Nizami rayon Polis İdarəsinin müstəntiqi Nicat Naibov Lent.az-a bildirdi ki, qəzadan sonra nazir müavini və həyat yoldaşının vəziyyəti qənaətbəxşdir. Hadisəni törədən "VAZ 2107"nin sürücüsü Tural Rəhimov isə 3 saylı şəhər xəstəxanasında müalicə olunur.
Xatırladaq ki, "VAZ 2107"-nin yolun əks hərəkət zolağına çıxması və yüksək sürətlə hərəkət edərək "Lexus"a çırpılması nəticəsində "VAZ 2107" sərnişini olan iki gənc oğlan hadisə yerində ölüb.