Əvvəlki ilin məzunları imtahan verdi

Mayın 11-də əvvəlki illərin məzunları üçün II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirilib. İmtahan respublikanın 11 şəhərində - ümumilikdə 33 binada baş tutub.  Abituriyentlərdən 16831 nəfəri Azərbaycan,1467 nəfəri isə rus bölməsinin məzunudur.

 

İmtahanlara 143 rəhbər, orta ümumtəhsil müəssisələrindən isə 1557 nəzarətçi-müəllim cəlb olunub. İmtahan bütün binalarda eyni vaxtda saat 11:00-da başlayıb.

 

İmtahan rəhbəri Sadıqova Nurlananın sözlərinə görə, bu günki imtahanda 638 nəfər iştirak edir, onlardan 48-i imtahanda gəlməyib. Abiturientlərdən iki nəfər həyacan keçirdiyindən həkimə müraciət edilib.

 

Bina üzrə imtahan rəhbəri Emin Məmmədov bildirib ki, imtahanın başlamasından 1 saat 20 dəqiqə keçməsinə baxmayaraq heç bir qayda pozuntusu qeydə alınmayıb.

 

Abituriyentlərin 7596 nəfəri oğlan, 10702 nəfəri isə qızdır. 15367 nəfər orta ümumtəhsil məktəblərinin, 249 nəfər ali təhsil müəssisələrinin, 2682 nəfər isə orta ixtisas təhsili müəssisələrinin məzunudur. 60 abituriyent xarici ölkə vətəndaşıdır.

 

Ən yaşlı abituriyent 1971-ci ildən, ən gənci isə 1996-cı ildəndir. 

 

Müəllif | Apa.Tv
Almaz Qasımova