Bakıda "Hyundai" 3 piyadanı vurub, onlardan biri ölüb

Ötən gecə Bakının Səbail rayonu ərazisində minik maşını üç piyadanı vurub. APA TV-nin məlumatına görə, hadisə Salyan şossesində baş verib. Yüksək sürətlə hərəkətdə olan "Hyundai" markalı avtomobil yol kənarında dayanan piyadaları vurub. Nəticədə piyadalardan 1-i ölüb, 2-si isə xəsarət alıb.

 

Maşının sürəti o qədər yüksək olub ki, zərbənin gücündən piyadalardan biri bir neçə metr hündürlüyə qalxaraq, reklam lövhəsinə dəyib, sonra isə yerə çırpılıb.

 

Xəsarət alan piyadalar Şəhər Kliniki Xəstəxanasına çatdırılıblar. Xəstəxanadan APA TV-yə verilən məlumata görə, xəsarət alanlar Zəfər Xəlilov və Xalid Cəbrayılovdur. Yol-nəqliyyat hadisəsi zamanı dünyasını dəyişən piyadanın şəxsiyyəti dəqiqləşdirilir.

 

Faktla bağlı Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.

 

Müəllif | Apa.Tv