Bakıda restoran şəbəkələrinə məxsus avtomobil qəza törətdi
Ötən gecə Bakının Nobel prospektində yol qəzası baş verib. APA TV-nin məlumatına görə, 40 yaşlı İsmayıl Əzimovun idarət etdiyi “Mercedes” markalı avtomobil qarşıda hərəkətdə olan və 35 yaşlı Rəşad Məmmədovun idarə etdiyi “MG” markalı avtomobillə toqquşub. Nəticədə hər iki avtomobilə ciddi ziyan dəyib.
Qəzanın baş verməsində hər iki sürücü bir-birini günahlandırsa da, Yol-Patrul Xidməti əməkdaşının sözlərinə görə, hadisəyə “Mercedes” markalı avtomobilin idarəetməni itirərək qarşıda dayanan avtomobilə çırpılması səbəb olub.
Qeyd edək ki, “MG” markalı avtomobil taksi fəaliyyəti ilə məşğul olur. Digər avtomobil restoran şəbəkələrindən birinə məxsusdur.